Misli Premyer Liqasında VIII turun oyunları keçirilir.

Offsideplus.az xəbər verir ki, günün ilk oyununda "Turan Tovuz" Yevlaxda "İmişli" ilə qarşılaşacaq.

"Turan Tovuz" son 4 oyunda 10 xal qazanmağı bacarıb.

"İmişli" isə 4 xalla 10-cu yerdədir.

MPL, VIII tur

18 oktyabr (bazar)

15:00 “İmişli” – “Turan Tovuz”

Hakimlər: Nicat İsmayıllı, Elşad Abdullayev, Kamran Bayramov, Mahmud Bağırzadə

VAR: Kamranbəy Rəhimov

AVAR: Gülnurə Əkbərzadə

Hakim-inspektor: Zöhrab Qədiyev

AFFA nümayəndəsi: Eldəniz Musayev

Yevlax şəhər stadionu