Misli Premyer Liqasında VIII tura "Kəpəz" - "Zirə" oyunu ilə yekun vurulacaq.

Offsideplus.az xəbər verir ki, görüş Gəncə şəhər stadionu baş tutacaq.

Stadionda yenə anşlaq gözlənilir.

Komandalar turnir cədvəlində qonşu mövqelərdədir. "Zirə" 11 xalla 6-cı, ondan bir xal az toplayan "Kəpəz" isə 7-ci yerdədir.

MPL, VIII tur

18 oktyabr (bazar)

18:30 “Kəpəz” – “Zirə”

Hakimlər: Emin Əliyev, Cəmil Quliyev, Müslüm Əliyev, Ruslan Quliyev

VAR: Rauf Cabarov

AVAR: Kərim Zeynalov

Hakim-inspektor: Əmrah İbrahimov

AFFA nümayəndəsi: Kifayət Mustafayeva

Gəncə şəhər stadionu