UFC prezidenti Dana Uayt UFC Fight Night 291-də Mayk Melott qarşısında məğlub olan Xoakin Baklinin ona əl verməməsinə münasibət bildirib. Döyüş öncəsi keçirilən baxış zamanı Bakli Uayta əl uzatmayıb.

Offsideplus.az xəbər verir ki, Dana Uayt bu barədə belə danışıb: "Baklinin niyə mənə əl vermədiyini bilmirəm. Döyüş həftəsində idmançılar müxtəlif şeylər düşünür, çəki atmaq, məşqlər, zədələr, ailədən, yeməkdən və sudan uzaq olmaq asan deyil. Mən bu işdə uzun illərdirəm, belə halları ürəyə yaxın qəbul etmək olmaz. Hər kəsə uğurlar arzulayıb əl sıxıram. Döyüş həftəsində necə davranmaq döyüşçünün öz işidir. Məğlubiyyətdən sonra Hanter Kembelə dedim ki, Baklini işdən çıxarsın. Zarafat edirəm, Bakli ilə heç bir problemim yoxdur".

Qeyd edək ki, Bakli final baxışında Uaytın əlini görməzlikdən gəlib, həmçinin müsahibəyə gəlsə də suallara cavab verməyib. Mayk Melott isə Baklini ikinci raundda nokaut edib.