Rusiyalı döyüşçü Petr Yan UFC 333-də Merab Dvalişviliyə qarşı keçirəcəyi döyüş üçün hazırlıq prosesini yekunlaşdırıb. Döyüşçü artıq çəki salma mərhələsinə keçdiyini bildirib və ona dəstək olan hər kəsə təşəkkür edib.

Offsideplus.az xəbər verir ki, Yan sosial şəbəkədə paylaşımında "İşlər əla gedib. İndi çəki salmağa başlayıram. Əmək və dəstəyə görə hər kəsə təşəkkür edirəm. UFC 333. Başqasının lazım deyil, özümü vermərəm!" sözlərini qeyd edib. Qeyd edək ki, Yan və Dvalişvili arasında qarşılaşma 24 oktyabrda Əbu-Dabidə baş tutacaq. Yan həmçinin Dvalişvilinin İslam Maxaçevin oktaqonda Rusiya bayrağı ilə çıxışına reaksiyasını "rusofobik yanaşma" adlandırıb və bu fikirləri tənqid edib.