Çexiyalı keçmiş yüngül-çəkidə UFC çempionu Jiri Proxaska növbəti döyüşü ilə bağlı yayılan şayiələrə aydınlıq gətirib. O, UFC 327-də Karlus Ulberqə nokautla uduzduqdan sonra ilk dəfə rəsmi açıqlama verib. Həmin döyüşdə Proxaska üstün olsa da, Ulberq zədə almasına baxmayaraq, güclü zərbə ilə qələbə qazanıb və hazırda özü də zədə səbəbindən çıxış etmir.
Offsideplus.az xəbər verir ki, Proxaska sosial şəbəkədə yayılan döyüş xəbərlərinin həqiqəti əks etdirmədiyini bildirib. "İnternetdə yazılan hər şeyə inanmayın. Döyüş hələ təsdiqlənməyib, bu istiqamətdə işlər davam edir. Hazırda əsas məqsədim hazırlığımı köklü şəkildə qurmaq və bütün detalları yenidən nəzərdən keçirməkdir", – deyə Proxaska qeyd edib. Onun hansı rəqiblə qarşılaşacağı və ya oktaqona nə vaxt qayıdacağı hələlik məlum deyil. UFC 332 tədbirində Proxaskanın iştirakı ehtimal olunsa da, bu barədə rəsmi qərar yoxdur.


