Elgiz Kərəmli Azərbaycan U-19 yığmaının baş məşqçisi təyin olunub.
Gənc çalışdırıcı yeni işi və məqsədləri ilə bağlı Offsideplus.az-a açıqlama verib:
“Mənə güvəndiyi üçün AFFA rəhbərliyinə təşəkkür edirəm. Millidən təklif gəlməsi hər zaman qürurvericidir. Hədəfimiz isə milli komandanı Avropada layiqincə təmsil etməkdir”.
Qeyd edək ki, E. Kərəmli 2024/25 mövsümündə “Şəfa”nı 1-ci, 2025/26 mövsümündə isə Premyer Liqaya yüksəldib.


