İtaliyanın sabiq müdafiəçisi Cüzeppe Bergomi 'İnter'in yeni mövsümdə perspektivləri barədə fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, bu yay 'İnter'ə üç ingilis futbolçu – 'Tottenhem'dən Ced Spens, 'Liverpul'dan Kertis Cons və 'Mançester Siti'dən ayrılan Con Stounz qoşulub.

Bergomi bildirib ki, bu üç ingilis oyunçu komandanın ümumi səviyyəsini, hətta məşqlərdə belə, artıra bilər. Lakin komanda əvvəlki kimi qalıb, sadəcə bir il yaşlanıb və yenidən motivasiya tapmalıdır. Onun sözlərinə görə, bu üç vacib transferə baxmayaraq, 'İnter'in tam yenidənqurma üçün gücü çatmır. Bergomi əlavə edib ki, gec-tez 3-5-2 sxemindən imtina etmək lazım olacaq, çünki Avropada artıq heç kim bu sxemdə oynamır. Ancaq hazırda komanda bunu edə bilmir.