UFC döyüşçüsü Cek Della Maddalenanın məşqçisi Ben Vikers, yarımyüngül çəkidə UFC çempionu İslam Maxaçev haqqında fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, o, verdiyi müsahibədə rusiyalı idmançını yüksək qiymətləndirib:
"İslamın bütün zamanların ən yaxşı döyüşçüsü statusunu daşıması əbəs deyil. MMA tanrıları son 10 ildə bizə qarşı xeyirxah olublar, lakin bu, həmişə belə olmur. İlk titul müdafiəsində belə bir rəqiblə qarşılaşmaq çətin sınaqdır.
O, bu idman növünün ən güclü qreppleridir. Biz inanırıq ki, Cek onu məğlub etmək iqtidarındadır. Lakin həmin döyüşdə İslam tam üstünlük nümayiş etdirdi. Əgər indi Cekin yenidən eyni planla qalib gələ biləcəyini desəm, insanlar mənim sayıqladığımı düşünərlər. İslama böyük hörmətim var, o, haqlı olaraq bütün dövrlərin ən böyük döyüşçüsü hesab edilir".


