Moskva ÇSKA-sının qapıçısı İqor Akinfeyev "Tanrının ayağı" (Noga boga) əmtəə nişanını qeydiyyatdan keçirməsi barədə yayılan xəbərləri təkzib edib.

Offsideplus.az xəbər verir ki, təcrübəli qolkiper bu barədə öz "Teleqram" kanalında paylaşım edib:

"Görünür, bu artıq bir ənənəyə çevrilib: ildə bir dəfə mənim əmtəə nişanım haqqında danışmaq və onu "Tanrının ayağı" adlandırmaq. Halbuki sənədlərdə heç bir ad yoxdur, sadəcə həmin yaddaqalan epizodun təsviri var. 'RİA Novosti' yenə başlıqda özündən uydurma yazıb, sonra da gedib kilsədən (Rusiya Pravoslav Kilsəsi) şərh istəyəcəklər. Bir il əvvəl bu mövzuda fikrimi demişdim, əlavə edəcək sözüm yoxdur. İqor Akinfeyev ağlını itirməyib və öz ayağını hələ də "Tanrının ayağı" adlandırmır. Bu mövzuda başqa şərhim olmayacaq, onsuz da o qədər də vacib məsələ deyil.

Həqiqətən vacib olan komandanın oyunu, nəticələrimiz və mənim zədəmdir. Bu barədə bir qədər sonra danışacağam".