"Liv Bona Dea Arena"nın ot örtüyü tamamilə yenilənir.

Offsideplus.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, stadionda UEFA-nın "Hat-Trick" layihəsi çərçivəsində genişmiqyaslı renovasiya işlərinə start verilib.

Bu yenilənmə prosesi infrastrukturun müasirləşdirilməsinə və meydançanın beynəlxalq standartlara tam uyğunlaşdırılmasına xidmət edir. Əsas məqsəd ot örtüyünün keyfiyyətini artırmaqla yanaşı, oyunçular üçün daha yaxşı və təhlükəsiz şərait yaratmaqdır.