"Napoli" yay transfer pəncərəsində heyətini gəncləşdirmək və maaş yükünü azaltmaq məqsədilə yarımmüdafiə xəttini yenidən qurmağı planlaşdırır.
Offsideplus.az xəbər verir ki, İtaliya klubunda Skott McTominey və Billi Gilmordan başqa heç kimin yeri zəmanətli deyil. "Qalatasaray"ın braziliyalı ulduzu Qabriel Sara da neapolluların maraq dairəsindədir. "Il Mattino" nəşri yazır ki, Çempionlar Liqası təcrübəsi və qol duyumu Saranı "Napoli" üçün cəlbedici namizədə çevirir.
Qeyd edək ki, 2024-cü ildə "Norviç"dən "Qalatasaray"a transfer olunan 26 yaşlı futbolçu, bu mövsüm İstanbul təmsilçisinin heyətində 42 matçda 6 qol və 5 asistlə yadda qalıb.


