“İlkin təəssüratlarım yaxşıdır”.
Offsideplus.az xəbər verir ki, bu sözləri Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Ruy Jorje jurnalistlərə açıqlamasında deyib.
Portuqaliyalı mütəxəssis təlim-məşq toplanışı ilə bağlı fikirlərini bölüşüb:
"Məşqlərimiz yaxşı keçir. Prosesin gedişatından çox razıyıq. Futbolçular çox istəklidirlər.
Oyunçuları daha yaxından tanımaq, məşq prinsiplərimizə bələd olmaq məqsədilə bu mərhələdə yoxlama oyunu keçirmədik. Yoldaşlıq oyunlarından öncə haradan başlayacağımızı bilməliyik. Futbolçuların yanaşmalarından razıyam. Çox istədiklidirlər, bu da bizim oyun fəlsəfəmizə uyğundur.
Elə komanda yaradacağıq ki, hər bir azərbaycanlı fəxr edəcək. Dünya çempionatına təşkilatçı ölkə kimi qatılırıq. Digər komandalarla fərqimizin olduğunu bilirik”.
Qeyd edək ki, U-20 aprelin 26-dək Qəbələdə təlim-məşq toplanışında olacaq. Toplanışın məqsədi yığmanın 2027-ci ildə Azərbaycan və Özbəkistanın birgə ev sahibliyi ilə keçiriləcək dünya çempionatına daha yaxşı səviyyədə hazırlaşmasıdır.


