Misli Premyer Liqasında XXIX tura bu gün start veriləcək.
Offsideplus.az xəbər verir ki, açılış matçında "Sumqayıt" "İmişli"ni sınağa çəkəcək.
Görüş Quba Olimpiya İdman Kompleksində baş tutacaq.
Hər iki komanda ötən tur qələbə qazanmağı bacarıb.
"Sumqayıt" 35 xalla 7-ci, "İmişli" isə 28 xalla 9-cu yerin sahibidir.
Misli Premyer Liqası, XXIX tur
25 aprel (şənbə)
16:00 “İmişli” – “Sumqayıt”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Alik Yunusov
VAR: Elvin Bayramov
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Eldar Məmmədov
Quba OİK stadionu


