"Barselona" klubunda qapıçı Mark Andre Ter Stegen ilə bağlı qərar verildi.

Offsideplus.az xəbər verir ki, qapıçıya kapitanlığı geri verildi. 

Belə ki, o, kluba tibbi müayinə və zədə nəticələrinin La Liqaya göndərməyə icazə verdi və sənədləri imzaladı. Bununla da onun kapitanlığı geri verildi və ona qarşı açılan intizam işi başa çatdı.