"Barselona" klubu itki ilə üzləşib.
Offsideplus.az xəbər verir ki, Robert Levandovski sol ayağında əzələ dartılması yaşayıb. Bu barədə Kataloniya təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Polşalı hücumçu bir müddət yaşıl meydanlardan uzaq qalacaq və bazar günü oynanılacaq matçı buraxacaq.
Qeyd edək ki, "Barselona" avqustun 10-da yoxlama matçı çərçivəsində "Komo" ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.



