"Atletiko" klubu hücumçusu Aleksandr Sörlotla vidalaşmağa hazırdır.
Offsideplus.az xəbər verir ki, norveçli hücumçuya 25 milyon avroluq təklif gəlsə, Madrid təmsilçisi onun gedişinə icazə verəcək.
Bu barədə "Fichajes" portalı məlumat yayıb.
Sörlot ötən ilin yayında "Atletiko"ya transfer olub. O, ilk mövsümündə 53 oyunda 24 qol vurmağı bacarıb.



