"Barselona"nın müdafiəçisi Andreas Kristensenə İngiltərə Premyer Liqası və Səudiyyə Ərəbistanından təkliflər gəlib.

Offsideplus.az xəbər verir ki, lakin danimarkalı futbolçu bunları qəbul etməyib. O, katalon klubunda qalmaq istəyir.

Bu barədə "El Nacional" portalı məlumat yayıb.

Kristensen 2022-ci ilin yayından "Barselona"da çıxış edir. O, ötən mövsüm zədələrə görə cəmi 6 oyunda meydanda olub.