"Real" növbəti mövsüm üçün ilk transferini edib.
Offsideplus.az xəbər verir ki, "kral klubu" gənc müdafiəçi Din Heyseni heyətinə qatıb. Madrid təmsilçisi oyunçunun sərbəstqalma məbləğini ödəyərək keçidi gerçəkləşdirib.
Bu barədə hər iki klub rəsmi saytlarından məlumat yayıb.
Heysen ötən ilin yayından "Bornmut"da çıxış edir.