Cari mövsümün sonunda "Bayer"dən ayrılacaq olan Xabi Alonsonun "Real"ın yeni baş məşqçisi olacağı artıq heç kimdə şübhə doğurmur.

Offsideplus.az xəbər verir ki, ispaniyalı mütəxəssis bəzi sabiq oyunçularını "kral klubu"na gətirmək istəyir. Bu futbolçular - Alexandro Qrimaldo və Conatan Tadır. 

Bu barədə "El Nacional" portalı məlumat yayıb.

Ta bu yay azad agent olacaq. Onun "Bayer"lə müqaviləsi başa çatır.

Hər iki futbolçu ilə "Barselona" da maraqlanır.

Əlavə edək ki, Qrimaldo katalon klubunun yetirməsidir. O, 8 il "blauqrana"nın akademiyasında çıxış edib.