"Barselona"nın baş məşqçisi Hans-Diter Flik Markus Reşfordun icarə müddəti başa çatdıqdan sonra "Mançester Yunayted"ə qayıtması barədə fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, alman mütəxəssis 29 yaşlı futbolçu ilə işləməkdən məmnun qaldığını bildirib:
"İcarədə olan oyunçularla bağlı nə baş verəcəyini heç vaxt bilmək olmur. Bizim vəziyyətimizdə belə qərarları vermək asan deyil. Reşfordla işləmək mənə böyük zövq verdi. O, əla futbolçu və gözəl insandır. Komanda onun üçün darıxacaq, mən də həmçinin. Amma həyat belədir, bunu qəbul etməliyik. Nəticədə komandamıza Entoni Qordon qoşuldu. İlk söhbətimizdən hiss etdim ki, o, "Barselona"da oynamağı çox istəyir. Onun komandamızda olmasından çox məmnunam".


