"Mançester Yunayted" azarkeşləri Çempionlar Liqasının "Roma" ilə qarşılaşmasında klubun sahiblərinə etiraz olaraq meydana tennis topları atıblar.

Offsideplus.az xəbər verir ki, 3 noyabrda Mançesterdə keçirilən və 3:2 hesabı ilə ev sahiblərinin qələbəsi ilə başa çatan oyunda ikinci buraxılan qoldan sonra tribunalardan tennis topları meydana atılıb. Azarkeşlər "Qleyzerləri sevmirsənsə, ayağa qalx" və "Klubu satın, evinizə gedin" şüarları səsləndiriblər. Həmçinin "Mançester Yunayted"in direktoru Ceyson Uilkoks və klubun həmtəsisçisi Cim Rətkliffə qarşı təhqiramiz ifadələr işlədilib.

The Athletic-in məlumatına görə, oyun zamanı baş verən müxtəlif insidentlərlə bağlı ümumilikdə 11 nəfər saxlanılıb: dörd nəfər müxtəlif növ hücumlara, iki nəfər ictimai asayişin pozulmasına, bir nəfər dələduzluğa, üç nəfər meydana əşya atmağa, bir nəfər isə narkotiklə bağlı hüquq pozuntusuna görə həbs edilib.