"Barselona" klubunda illər əvvəl klubun canlı əfsanəsi Lionel Messi getsə də, yeni "Messi"nin kim olacağı hələ də maraqla gözlənilir.

Offsideplus.az xəbər verir ki, klubun "La Masia" akademiyası istedadlı gənclərlə və yeniyetmələrlə doludur. 

Bu yeniyetmələrdən biri də 11 yaşlı Huqo Qaldeanodur. Onun balaca boyu, hərəkətləri, keçidləri, topla rəftarı eynilə Lionel Messinin yeniyetmə vaxtlarını xatırladır.