Konfrans Liqasının 3 -cü təsnifat mərhələsində Bakıda keçiriləcək "Qarabağ" - AEL cavab oyunu üçün bilet satışı davam edir.

Offsideplus.az xəbər verir ki, klubdan matç üçün artıq 9 mindən çox bilet satıldığı bildirilib.

Qeyd edək ki, Nazilər Kabinetinin qərarına əsasən, pandemiyaya görə oyunlara stadion tutumunun 50 faizi qədər azarkeş buraxıla bilər. Bu da o deməkdir ki, 30 minlik tutumu olan Tofiq Bəhramov adına Respublika stadionuna 15 min azarkeş buraxıla bilər.