Kiprin məşhur kerkida.net saytı "Qarabağ" - AEL matçı öncəsi oxuyucular arasında sorğu keçirib.
Offsideplus.az xəbər verir ki, sorğunun nəticələrinə əsasən, AEL-in növbəti mərhələyə keçəcəyini düşünənlər çoxluq təşkil edib - 68 faiz. "Qarabağ"ın qələbəsinə isə kiprli oxuyucuların yalnız 32 faizi inanır.
Qeyd edək ki, "Qarabağ" - AEL oyunu avqustun 12-də saat 20:00-da start götürəcək. 1 həftə əvvəl keçirilən matç 1:1 hesabı ilə başa çatıb.



