"Qarabağ" UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Kiprin AEL klubu ilə qarşılaşacaq.
Offsideplus.az xəbər verir ki, ilk oyununu səfərdə keçirəcək Ağdam klubu dolu tribunalar qarşısında oynayacaq. Belə ki, Larnaka şəhərində oynanılacaq matç üçün azarkeş məhdudiyyəti qoyulmayıb. Avqustun 5-də keçiriləcək matç üçün bütün biletlərin satılacağı və tribunaların tam dolacağı gözlənilir.
AEL - "Qarabağ" oyunu saat 21:00-da başlayacaq. Cavab matçı isə bir həftə sonra Bakıda keçiriləcək.



