UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçirilib.
Offsideplus.az xəbər verir ki, cavab qarşılaşmalarından sonra yarımfinalın xəritəsi tamamilə müəyyənləşib. İngiltərə və Ukrayna təmsilçiləri üstünlüklərini qoruduqları halda, Fransa təmsilçisi möhtəşəm geri dönüşə imza atıb.
Cavab oyunlarının nəticələri:
- "AZ Alkmaar" 2–2 "Şaxtyor Donetsk" (Ümumi hesab: 2–5)
Arda Turanın yetirmələri ilk oyundakı 3-0-lıq üstünlüyü ağıllı oyunla qoruyaraq yarımfinala yüksəliblər.
- "AEK Afina" 3–1 "Rayo Valyekano" (Ümumi hesab: 3–4)
Yunanlar cavab matçında qalib gəlsələr də, ilk oyundakı məğlubiyyət (0-3) onları turnirdən kənar qoyub. İspanlar çətinliklə də olsa mərhələ adlayıblar.
- "Fiorentina" 2–1 "Kristal Pelas" (Ümumi hesab: 2–4)
"Bənövşəyilər" evdə qələbə qazansalar da, Londondakı ağır məğlubiyyətin (0-3) əvəzini çıxa bilməyiblər. "Kristal Pelas" adını yarımfinala yazdırıb.
- "Strasburq" 4–0 "Maynts" (Ümumi hesab: 4–2)
İlk oyunda 0-2 uduzan Fransa təmsilçisi evdə möhtəşəm oyunla rəqibini darmadağın edərək yarımfinala vəsiqəni ələ keçirib.
Yarımfinal cütləri:
- "Şaxtyor Donetsk" - "Rayo Valyekano"
- "Kristal Pelas" - "Strasburq"


