Azərbaycanlı FIFA referisi Əliyar Ağayev UEFA-dan növbəti təyinatını alıb.
Offsideplus.az xəbər verir ki, təcrübəli hakim Konfrans Liqasının 1/8 final mərhələsi çərçivəsində keçiriləcək AEK (Larnaka, Kipr) – "Kristal Palas" (İngiltərə) qarşılaşmasının baş hakimi olacaq. Ağayevə yan xəttlərdə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim vəzifəsini Elçin Məsiyev icra edəcək.
VAR otağında niderlandlı Jeroen Manşot, AVAR-da isə Nicat İsmayıllı yer alacaqlar.
Qeyd edək ki, matç martın 19-da Larnaka şəhərindəki "AEK Arena"da baş tutacaq. İngiltərədəki ilk matçda qolsuz bərabərlik (0:0) qeydə alınıb.


