Futbol üzrə Azərbaycan Kubokunun 1/4 finalına yüksələn daha bir komanda bəlli olub.
Offsideplus.az xəbər verir ki, "Qəbələ" bu raundda iştirak hüququ qazanıb.
"Qırmızı-qaralar" 1/8 finalda I Liqa təmsilçisi "Şəfa"nı məğlub edib - 2:1. “Qəbələ”nin heyətində qolları 2-ci və 53-cü dəqiqələrdə İbrahim Sanqare vurub.
“Şəfa”dan isə Emin Zamanov 6-cı dəqiqədə fərqlənməyi bacarıb.
"Qəbələ" 1/4 finalda "Sabah"la üz-üzə gələcək.
Qeyd edək ki, saat 19:00-da "Araz-Naxçıvan" - "Kəpəz" və "Difai" - "Sumqayıt" oyunları başlayacaq.



