AFFA Region Liqasında çıxış edən "İmişli Bələdiyyəspor" komandasının futbolçusu Allahverdi Fərzəliyev 14 oyunluq cəza alıb.
Offsideplus.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.
Futbolçu "Ağsu" ilə matçın 77-ci dəqiqəsində qırmızı vərəqə aldıqdan sonra hakimi itələyib, sonra ayaqla zərbə endirib.
Baş verənlərə görə "İmişli Bələdiyyəspor" komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.



