"Çelsi" "Barselona"nın futbolçusu Fermin Lopesi transfer etmək istəyir.
Offsideplus.az xəbər verir ki, "zadəganlar" hələlik katalon klubuna heç bir təklif verməyib. Amma oyunçunun təmsilçiləri ilə danışıqlar aparılıb.
Bu barədə "The Athletic" məlumat yayıb.
"Barselona" F. Lopes üçün 70 milyon avro tələb edir. 2 mövsümdür əsas komanda üzvü olan 22 yaşlı yarımmüdafiəçi 89 oyunda 19 qol vurmağı bacarıb.



