Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışını keçən “Araz-Naxçıvan”ın planlarında dəyişiklik edilib.

Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda bu gün daha bir oyun keçirəcək.

 “Qırmızı-ağlar” Bakı vaxtı ilə saat 18:30-da Türkiyə Superliqa təmsilçisi “Konyaspor”la üz-üzə gələcək.

Hərçənd qabaqcadan belə bir oyunun keçirilməsi nəzərdə tutulmamışdı.

Elmar Baxşıyevin komandası hazırlıq prosesini iyulun 17-də “Trabzonspor”la yoxlama matçından sonra yekunlaşdıracaq.

Qeyd edək ki, “Araz Naxçıvan” Türkiyədəki təlim-məşq toplanışında artıq 2 yoxlama matçında qüvvəsini sınayıb. Naxçıvan təmsilçisi Türkiyənin aşağı liqa klubu “Bayburtspor” üzərində 14:0 hesablı qələbə qazanıb, "Alanyaspor"la isə qolsuz bərabərliyə razılaşıb.