Braziliyalı hücumçu Neymar Braziliya Kubokunun 1/8 final mərhələsində "Santos"un "Remo"ya qarşı cavab oyunundan sonra qalmaqallı hadisənin mərkəzində olub.
Offsideplus.az xəbər verir ki, qarşılaşmanın final fitindən sonra 34 yaşlı futbolçu stadionun dəhlizində "Remo" rəhbərliyi ilə sözlü mübahisəyə girib. Görüntülərdə Neymarın dəfələrlə "Eliminado!" ("Vuruldunuz!") deyə qışqırdığı, rəqib komandanın nümayəndələrinə jestlər etdiyi və bir anda nalayiq ifadə işlətdiyi əks olunub. "Remo" təmsilçiləri isə Neymarın bir neçə metr aralıda rəqs etməyə başlamasından sonra metal baryerləri aşırıblar.
Qeyd olunur ki, futbolçunun bu davranışı oyun zamanı və matçdan sonra "Remo" tərəfindən ünvanına səslənən təxribatlara cavab olub. Neymar ikinci hissədə meydana çıxıb və qol ötürməsi ilə yadda qalıb. "Santos" "Remo"nu 1:0 hesabı ilə məğlub edərək iki oyunun nəticəsinə görə (ilk oyun – 0:0) növbəti mərhələyə yüksəlib.


