LeBron Ceymsin 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak etməyəcəyi ilə bağlı əvvəlki açıqlamasına baxmayaraq, ABŞ yığmasının qapıları onun üçün açıq qalır.

Offsideplus.az xəbər verir ki, ESPN-in tanınmış insayderi Brayan Uindhorst "The Hoop Collective" podkastında LeBronun istədiyi halda ABŞ millisində yer alacağını bildirib. Onun həmkarı Tim Makmen isə xatırladıb ki, ötən ilin noyabrında Ceyms açıq şəkildə Olimpiada-2028-də oynamaq niyyətində olmadığını deyib:

"LeBron öz podkastında demişdi: "Heç soruşmayın. Olimpiadanı Kabo-dan izləyəcəyəm". Lakin o, artıq ən azı iki il də "Filadelfiya"da oynamağı planlaşdırdığını bildirib. Əgər o, karyerasını 2027/28 mövsümündən sonra bitirsə, niyə beşinci Olimpiadada çıxış etməsin? Üstəlik, Oyunlar Los-Ancelesdə keçiriləcək və onun orada evi var, oteldə qalmağına ehtiyac olmayacaq".

Qeyd edək ki, 41 yaşlı basketbolçu dörd dəfə Olimpiadada iştirak edib, 2004-cü ildə bürünc, 2008, 2012 və 2024-cü illərdə isə qızıl medal qazanıb.