Rumıniyada keçirilən qadınlar arasında basketbol üzrə U-18 Avropa çempionatında mübarizə davam edir.
Offsideplus.az xəbər verir ki, Azərbaycan U-18 millisi bu gün qrup mərhələsində son oyununu İslandiyaya qarşı keçirib.
Görüşün sonuna 1 dəq 41 saniyə qalmış U-18 millimiz 1 xalla öndə idi. Lakin sonda İslandiya qələbəyə sevinib - 77:74.
Qeyd edək ki, Azərbaycan yığması qrupdakı ilk 3 oyunda da məğlub olmuşdu.


