Argentinalı yarımmüdafiəçi Franko Mastantuono növbəti mövsümün sonuna qədər "Real Madrid"dən "Fiorentina"ya icarəyə keçəcək.
Offsideplus.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
Razılaşmaya əsasən, Mastantuono 2027-ci ilin iyununda Madrid klubuna qayıdacaq.
Ötən mövsüm La Liqada 23 oyunda iştirak edən 18 yaşlı futbolçu 1 qol vurmağı bacarıb.


