Polşalı yarımmüdafiəçi Pyotr Zelinski "İnter"dəki debüt mövsümündə yaşadığı çətinliklərdən söz açıb.
Offsideplus.az xəbər verir ki, futbolçu sağlamlıq problemləri ilə üzləşdiyini bildirib:
"Yeni butslar geyindim və ayaqlarımda elə qabarlar əmələ gəldi ki, fizioterapevtlər belə bir şey görməmişdi. Bundan sonra başqa problemlər də yarandı. Üstəlik, bunda mənim də günahım var idi. "Napoli"dən "İnter"ə keçidin bu qədər çətin olacağını düzgün qiymətləndirməmişdim. Daha çox çalışmalı və əsas heyətdə daim oynayacağımı gözləməməli idim".
O, qarşıdakı mövsümdə "İnter"dən gözləntilərini də açıqlayıb:
"Arzum Çempionlar Liqasını qazanmaqdır. Bu ildən etibarən bunun üçün əlimizdən gələni edəcəyik. Amma İtaliyadakı turnirləri də diqqətdən kənarda saxlamırıq".


