"Beşiktaş" prezidenti Serdal Adalı klubun Duşan Vlahoviçin transferi üçün danışıqlar apardığını təsdiqləyib.
Offsideplus.az xəbər verir ki, daha əvvəl "Beşiktaş"ın azad agent statusunda olan serbiyalı hücumçuya 5 milyon avro imza pulu və vergilər çıxıldıqdan sonra mövsümə görə 8 milyon avro maaşla 2 illik müqavilə təklif etdiyi bildirilib. Klub cavab üçün 10 avqusta qədər gözləməyə hazırdır.
Vlahoviç isə qərar verməyi gecikdirir və "Barselona"dan təklif almağa ümid edir.
Türkiyə təmsilçisi transferdə əsas üstünlüyünün baş məşqçi Vinçenso İtalyano olduğunu düşünür. İtalyano daha əvvəl Vlahoviçlə "Fiorentina"da çalışıb. Serdal Adalı jurnalistlərə açıqlamasında "Bu istiqamətdə işləyirik, Vlahoviçlə danışıqlar aparırıq" deyib.
Qeyd olunur ki, "Beşiktaş" bu transfer üçün büdcə ayırıb. Klub daha əvvəl "Liverpul"un sabiq cinah oyunçusu Məhəmməd Salahı transfer etmək cəhdindən imtina edib.


