İngiltərə futbolunun tanınmış siması Ceymi Karrager "Mançester Siti"nin ispan yarımmüdafiəçisi Rodrini satmasının məntiqsiz olduğunu bildirib.

Offsideplus.az xəbər verir ki, Karragerin fikrincə, 30 yaşlı futbolçunun transferindən əldə olunacaq məbləğ klub üçün ciddi əhəmiyyət kəsb etmir. "Əgər siz 'Mançester Siti'dənsinizsə, Rodrini satmağın nə mənası var? Sadəcə ona bir il də oynamağa imkan verin, sonra sərbəst buraxın. O, öz mövqeyində ən yaxşısıdır. 'Siti' üçün 40 milyon funt nədir ki?" – deyə sabiq "Liverpul" müdafiəçisi vurğulayıb.