"Arsenal"ın müdafiəçisi Qabriel Maqalyayış Çempionlar Liqasının finalında "Paris Sen-Jermen"ə qarşı qaçırdığı həlledici penaltidən sonra gözlənilməz bir sevgi mühiti ilə qarşılaşıb.
Offsideplus.az xəbər verir ki, London klubunun azarkeşləri braziliyalı oyunçuya dəstək olmaq üçün unikal bir addım atıblar.
Final matçının ardından Maqalyayışın adının yazıldığı "Arsenal" formalarının satışı 350% artıb
Uduzulmuş finalın kədərinə baxmayaraq, "Arsenal" fanatlarının bu reaksiyası futbol dünyasında böyük rəğbətlə qarşılanıb.



