Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi bu gün Polşanın paytaxtı Varşavada keçirilən Dünya Kubokunda debüt matçlarına çıxıb.
Offsideplus.az xəbər verir ki, A qrupunda yer alan yığmamız qrup mərhələsinin ilk oyununda Madaqaskar seçməsi ilə qüvvəsini sınayıb. Bu qarşılaşma Bakı vaxtı ilə saat 19:05-də başlayıb və qızlarımız 21:13 hesabla qalib gəlib.
Basketbolçularımız günün ikinci matçında isə Niderland komandası ilə qarşılaşacaqlar. Bu oyunun start fiti isə saat 22:20-də səslənəcək.
Qeyd edək ki, Varşavadakı Dünya Kubokuna iyunun 7-də yekun vurulacaq.


