"Arsenal" klubu yay transfer pəncərəsi zamanı üç yeni futbolçunu heyətinə qatmağı planlaşdırır.

Offsideplus.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.

"Topçular"ın hədəfində yüksək səviyyəli vinger, yarımmüdafiəçi və sağ cinah müdafiəçisi var. London təmsilçisinin heyətinə üçdən çox oyunçu cəlb edə biləcəyi də istisna olunmur, lakin bu, daha çox klubdan ayrılacaq futbolçuların sayından asılı olacaq.

Xatırladaq ki, Mikel Artetanın rəhbərlik etdiyi komanda başa çatan mövsümdə İngiltərə Premyer Liqasının çempionu olub.