"Liverpul"un baş icraçı direktoru Billi Hoqan klubun hazırkı maliyyə vəziyyəti ilə bağlı fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, Hoqan 2010-cu ildə "Liverpul"un demək olar ki, iflas həddində olduğunu xatırladıb. O bildirib ki, hazırda klubun möhkəm təməli var və infrastruktur daim yaxşılaşdırılır. "Enfild" stadionunun genişləndirilməsi və müasir tələblərə uyğunlaşdırılması ilə yanaşı, klubun ənənələrinin qorunduğunu vurğulayan Hoqan əlavə edib:

"Futbol düşünməyə və dincəlməyə çox vaxt qoymur. Ən çox qürur duyduğum məqam odur ki, klub hazırda müsbət və sabit maliyyə vəziyyətindədir. Uzunmüddətli perspektivdə "Enfild"də qalmaq imkanımız var. Bəzən başlıqlara çıxmayan, amma klubun sağlamlığı üçün son dərəcə vacib olan məsələlər var. Daha çox titul qazanmaq istərdim, amma ən azı bir neçəsini əldə etdiyimiz üçün xoşbəxtik. Azarkeşlərimiz üçün gözəl anlar yaşanıb, xüsusilə Çempionlar Liqasının final oyunlarında fan-zonaları tez-tez xatırlayıram. Bir neçə oyunda uduzmuşuq, amma əsas olan sevinclər, xatirələr və futbolun verdiyi həqiqi zövqdür. "Liverpul"la bağlı olan hər kəs bununla fəxr etməlidir, çünki biz bunu birlikdə edirik və hamımız istəyirik ki, bu klub dünyanın ən yaxşısı olsun."