"Qəbələ" klubu növbəti mövsümün hazırlıqları ərəfəsində heyətlə bağlı ilk qərarlarını verib.
Offsideplus.az xəbər verir ki, əyalət təmsilçisi üç futbolçusu ilə yolları ayırıb.
İbrahim Sanqare və Rüfət Əhmədovun klubla olan müqavilə müddəti başa çatdığı üçün tərəflər yeni sözləşmə imzalamayıblar.
Bundan başqa, mövsümün gedişində Cənubi Afrika Respublikasının "Stellenboş" klubundan icarəyə götürülən Turan Manafov da komandadan ayrılıb.
Müdafiəçinin icarə müqaviləsinin müddəti bitib və o, müqavilə ilə məxsus olduğu kluba geri dönüb.


