Dünyanın aparıcı idman statistika platforması "Opta" bu ay start götürəcək 2026 FIFA Dünya Çempionatı öncəsi komandaların şanslarını qiymətləndirmək üçün super kompüter simulyasiyasını işə salıb.
Offsideplus.az xəbər verir ki, 24 illik fasilədən sonra yenidən turnirə vəsiqə qazanan Türkiyə milli komandasının mərhələ adlama və çempionluq ehtimalları müəyyənləşib.
Açıqlanan göstəricilərə görə, turnirdə iştirak edəcək 48 ölkə arasında Türkiyə millisi çempionluq şansına görə 21-ci sırada qərarlaşıb.
"Opta"nın minlərlə fərqli ssenarini sınaqdan keçirərək hazırladığı təhlilə əsasən, "ay-ulduzlular"ın turnirdə irəliləmə faizləri bu şəkildədir:
-
1/4 final (Sərhəd mərhələsi): 16.9%
-
Yarımfinal: 7%
-
Final: 2.6%
-
Çempionluq: 0.9%
Super kompüterin analizlərinə əsasən, kuboku qazanma ehtimalı ən yüksək olan komanda 16.1%-lik göstərici ilə İspaniya seçilib.
Qrup mərhələsində ev sahiblərindən ABŞ, həmçinin Paraqvay və Avstraliya ilə eyni qrupda mübarizə aparacaq Türkiyə millisi bu statistikaları alt-üst edərək 2002-ci ildəki tarixi uğurunu təkrarlamağı hədəfləyir.


