Azərbaycanın çimərlik güləşçiləri Xorvatiyanın Poreç şəhərində təşkil olunan Dünya Seriyasının II mərhələsində uğurlu çıxış edərək iki medal qazanıblar.
Offsideplus.az Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, 80 kq çəki dərəcəsində mübarizə aparan Sahib Dadaşov fəxri kürsünün ikinci pilləsinə qalxaraq gümüş medala sahib çıxıb. Eyni çəkidə ölkəmizi təmsil edən Vüsal Əliyev isə yarışı bürünc medalla başa vurub.
Digər təmsilçilərimizdən İslam İlyasov (+90 kq) 4-cü, Əşrəf Aşırov (90 kq) 5-ci, Rübail İbrahimli (70 kq) isə 9-cu pillədə qərarlaşıblar.
Qeyd edək ki, turnirdə ölkəmizi I-S dərəcəli hakim Sədi Quliyev təmsil edib.


