"Turan Tovuz"un müdafiəçisi Roderik Millerin formasını geyindiyi Panama yığması yoldaşlıq görüşündə Braziliya milli komandası ilə qarşılaşıb.
Offsideplus.az xəbər verir ki, "Marakana" stadionunda baş tutan görüş panamalıların 2:6 hesablı məğlubiyyəti ilə başa çatıb.
Miller qarşılaşmanın 65-ci dəqiqəsində, hesab 1:5 olarkən meydana daxil olub.
Qeyd edək ki, Panama millisini qarşıda daha iki yoldaşlıq oyunu gözləyir. Komanda iyunun 4-də Dominikan Respublikası, iyunun 6-da isə Bosniya və Herseqovina yığmaları ilə qüvvəsini sınayacaq.


