"Paris Sen-Jermen" klubunun rusiyalı qapıçısı Matvey Safonovun həyat yoldaşı Marina Kondratyuk ulduz futbolçuya qeyri-adi təkliflə gündəmə gələn pornoaktrisa Meri Roku sərt şəkildə ifşa edib.

Offsideplus.az xəbər verir ki, Meri Rok gənc qapıçıya Çempionlar Liqasının finalındakı seyvlərinə görə "qaynar gecələr" bəxş etməyə hazır olduğunu bildirdikdən sonra, Marina Kondratyuk modelin bu xəyallarını sosial şəbəkədə lağa qoyub.

Marina Kondratyuk ulduz modelin fantaziyalarını darmadağın edərək, həyat yoldaşının real rejimini və maraq dünyasını bu sözlərlə dilə gətirib:
"Matveyin real gecə həyatı krossvordlar həll etməkdən, 'Nə? Harada? Nə vaxt?' şousunu izləməkdən və məşqlərə görə ciddi şəkildə saat 23:30-da yatmaqdan ibarətdir."

Qapıçının həyat yoldaşının bu reaksiyası sosial şəbəkələrdə böyük rəğbətlə qarşılanıb və izləyicilər tərəfindən "Kraliçaya dəstək" kampaniyasına çevrilib.