Fransanın PSJ klubu "Real Madrid"in gənc ulduzu Eduardo Kamavinqanı heyətinə qatmaq üçün hərəkətə keçib.

Offsideplus.az xəbər verir ki, Paris təmsilçisi bu yay transfer pəncərəsində yarımmüdafiə xəttini gücləndirmək məqsədilə fransız futbolçunu əsas hədəf seçib. 2021-ci ildə "Renn" klubundan "Real Madrid"ə keçən 23 yaşlı futbolçunun İspaniyadakı gələcəyi artıq müzakirə mövzusudur.

​Madrid təmsilçisi Kamavinqanı "toxunulmaz" hesab etmir və cəlbedici təklif gələrsə, onu satmağa hazırdır. PSJ ilə yanaşı, İngiltərənin "Mançester Yunayted", "Çelsi" və "Liverpul" klubları da futbolçu ilə yaxından maraqlanır.