DÇ-2026-nın D qrupunda Türkiyə ABŞ millisi ilə üz-üzə gəlib. 

Offsideplus.az xəbər verir ki, qardaş ölkə mundialda qolsuzluq seriyasına son qoyub. Əvvəlcə Arda Güler, daha sonra isə Orkun Kökçü fərqlənib. Kaan Ayhan əlavə vaxtda qol vurub və yekunda matç 3:2 hesabı ilə başa çatıb. 

Qrupun digər matçında Paraqvay və Avstraliya qarşılaşıb. Bu görüş qolsuz heç-heçə ilə yekunlaşıb. 

Beləliklə, qrupu ABŞ 6 xalla lider kimi tamamlayıb. Avstraliya 4 xalla ikinci olub. Paraqvay və Türkiyə isə müvafiq olaraq 3 və 4-cü yerləri bölüşür. 

Türkiyə - ABŞ oyununda vurulan qolları təqdim edirik: