İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel milli himn zamanı fotoqrafların yaratdığı vəziyyətdən narazı qalıb.
Offsideplus.az xəbər verir ki, alman mütəxəssis ötən gecə baş tutan İngiltərə - Xorvatiya oyununda fotoqrafların məşqçi heyətinə çox yaxın dayandığınl bildirib. Onun sözlərinə görə, himn səslənərkən onun qarşısında təxminən 50 fotoqrafdan ibarət sıx bir sıra yaranıb və bu səbəbdən o, öz komandasını belə görə bilməyib.
“Milli himn səslənərkən fotoqrafların yerlərini dəyişməsi üçün FIFA-ya yalvarıram. Himn oxunarkən məndən yarım metr aralıda 50 fotoqrafdan ibarət bir divar var idi. Hətta öz komandamı belə görə bilmirdim. Mənim üçün çox xüsusi olan həmin anı bir qədər korladılar”, – deyə Tuxel qeyd edib.


